"Yəhudilər zülmə yol verdiklərinə və xalqın çoxunu Allahın yolundan uzaqlaşdırdıqlarına görə Biz əvvəllər onlara halal olmuş pak və xoşagəlimli şeyləri haram etdik.”
Yəhudilərə haram edilmiş pak nemətlər dedikdə "Ənam” surəsinin 146-cı ayəsindəki haram hökmü nəzərdə tutula bilər. Bu qadağa indiki Tövratda da var.(Tövrat, "Sifre-Laviyan”, f. 11. )
Fərd və cəmiyyətin halı və əməlləri onların ilahi nemətlərdən bəhrələnməsində və ya zavala uğramasında mühüm rol oynayır. "Fəcr” surəsinin 17-ci ayəsində oxuyuruq ki, bəzən məhrumluğun səbəbi yetimlərə diqqətsizlik olur. "Əraf” surəsinin 96-cı ayəsində oxuyuruq: "Əgər həmin məmləkət əhli imanlı və təqvalı olsaydı, səmanın bərəkətindən bəhrələnərdi.”
Necə ki, hədisdə oxuyuruq: "Əkin məhsulları insanların yol verdiyi zülmə görə məhv olur.”("Müstədrək”, c. 13, s. 473.)
1. Zülm nemətlərdən məhrumluq zəminəsidir.
2. Bəzən iqtisadi məhrumiyyətlər və maddi sıxıntılar ilahi qəhr-qəzəb və cəzanın nişanəsi olur.
3. Bir nemətin haram edilməsində məqsəd təkcə insanın sağlamlığının qorunması deyil.
4. Əsl cəza qiyamətdə də olsa, dünya cəzaları bir xəbərdarlıqdır. Dünya çətinliyi günahkarlar üçün cəza, salehlər üçün imtahandır.
5. İstənilən bir yolla (təhrif, gizlətmə, bidət, fəsad, azğınlıq...) Allah yolunu bağlamaq nemətlərdən məhrumluq səbəbidir.