Ən-Nisa surəsi - Ayə: 157

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 157
və eləcə də «biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdük» demələrinə görə (lənət və əzaba düçar oldular)! Halbuki onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlara belə göründü (güman etdilər ki, İsa döyüşdə öldürüldü, yaxud onun şəklində olan başqa bir şəxsin öldürülməsini güman etdilər, yaxud da yalandan peyğəmbərlik iddiasında olan İsa adlı birisi bir müddətdən sonra öldürüldü). Həqiqətən onun barəsində fikir ayrılığında olanlar bu barədə şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və gümana tabe olmaqdan başqa bir elmləri yoxdur. Onu həqiqətən öldürməyiblər,
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 157. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 157 MÖHSÜN QƏRAƏTİ.

"(Əzabımız və lənətimiz onları bürüdü.) O söz ki, deyirdilər: "Biz İsa ibn Məryəmi, Allahın elçisini öldürdük.” Halbuki onlar İsanı öldürmədilər, dardan asmadılar. Amma işi dolaşıq saldılar. (İsaya oxşar birisini öldürdülər.) İsa haqqında ixtilafda olanlar özləri şəkdə idilər. Onlar yalnız gümanlara uyurdular və heç birinin öz dediyinə yəqini yox idi. Şübhəsiz, onu öldürməmişdilər.”
Müəllif: MÖHSÜN QƏRAƏTİ.