Ən-Nisa surəsi - Ayə: 151

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 151
onlar əslində həmin (əsl) kafirlərdir (çünki, peyğəmbərlərin bəzilərini inkar etmək hamısını inkar etmək deməkdir). Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 151. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 151 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, kafirlər elə həmin kəslərdir və Biz kafirlər üçün zəliledici əzab hazırlamışıq.”
Nöqtələr
150-ci ayə mübtəda, 151-ci ayə xəbər yerindədir.
Yəhudilər və məsihilər nəfs istəklərinə, cahil təəssüblərinə və dəlilsiz baxışlarına xatir bəzi peyğəmbərləri qəbul edir, bəzilərindən isə üz döndərirdilər.
Bildirişlər
1. Peyğəmbərlik Allahın daimi qanunudur və zəncir halqaları tək bir-birinə bağlıdır. Ona görə də bütün bu cərəyana etiqad lazımdır. İmamət də belədir. İmamlardan bəzisinə inanıb, bəzisini inkar etmək hamısını inkar etmək kimidir.
2. Allah və Onun rəsulu vahid bir cəbhədir və ortada ayrılıq yoxdur.
3. Allahı və peyğəmbərləri inkar etmək, Allaha iman gətirib peyğəmbərləri inkar etmək qadağandır. Doğru yol Allaha və peyğəmbərlərə iman yoludur.
4. Bütün səmavi dinlər rəsmi olaraq tanınmalıdır. (Əlbəttə, öz tarixi dönəmində)
5. İslama müxalif qanunların qəbulu dinə qarşıdır və qadağan edilmişdir.
6. Peyğəmbərlərin yolu varkən yeni yol salmaq küfrdür.
7. Cəhənnəm hal-hazırda mövcuddur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.