NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 149
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər aşkarda və ya gizlində yaxşı iş görsəniz və ya başqalarının büdrəməsini, pisliyini bağışlasanız, bilin ki, şübhəsiz, Allah bağışlayan və qadirdir.”
Nöqtələr
Məzlum qüdrətli olduqda və zalımın bağışlanması tərbiyəvi təsir göstərdikdə bağışlamaq lazımdır. Amma sükut məzlumun zillətinə və zalımın güclənməsinə səbəb olduqda fəryad çəkmək lazımdır.
İntiqam və qisas haqq, əfv və bağışlama isə fəzldir. Həzrət Əli (ə) buyurmuşdur: "Düşməni bağışlamaq onun üzərində qalibiyyətin şükrüdür.”("Nəhcül-Bəlağə”, q. 10. )
Bildirişlər
1. Yaxşılıqları təşviq etmək, pislikləri bağışlamaq lazımdır.
2. Bəzən zülmə qarşı fəryad, bəzən isə əfv dəyər olur.
3. Qüdrət olan yerdə bağışlamaq dəyərdir.