Ən-Nisa surəsi - Ayə: 144

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 144
Ey iman gətirənlər, möminlərin yerinə kafirləri özünüzə başçı, yardımçı və dost tutmayın! Məgər Allaha öz əleyhinizə (nifaqınıza dəlalət edən) aydın bir sübut və (əzabınıza dair) bir dəlil vermək istəyirsiniz?
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 144. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 144 MÖHSÜN QƏRAƏTİ.

"Ey iman gətirənlər! Möminlərin əvəzinə kafirləri dost və rəhbər seçməyin. Yoxsa Allah üçün öz ziddinizə aşkar dəlil və höccətmi qərar vermək istəyirsiniz?!
Nöqtələr
Möminlərin haqqı yoxdur ki, kafirlərin hakimiyyətini qəbul etsinlər. Münafiqlər isə kafirlərlə sıx rabitədədirlər. Quran kafirləri münafiqlərin şeytanı(Bax: "Bəqərə”, 17. ), münafiqlərin qardaşları(Bax: "Həşr”, 11. ) kimi tanıtdırır. 139 və 141-ci ayələrdə münafiqlərin kafirlərlə rabitələri aşkarlanır.
Bildirişlər
1. Kafirlərin hakimiyyətinin qəbulu imanla uyğun gəlmir. Bir qəlbdə iki sevgi yerləşməz.
2. Təvəlla və təbərra (möminlərlə dostluq və kafirlərdən uzaqlıq) iman şərtidir.
3. Müsəlmanların zərərinə olan bütün münasibətlərdən, dostluqlardan və müqavilələrdən çəkinmək lazımdır.
4. Xarici siyasətdə müsəlmanların kafirlərə təslimçiliyinə aparan bütün siyasi, iqtisadi rabitələr, seçimlər, təyinatlar haramdır.
5. Zilləti qəbul edən müsəlmanın Allah qarşısında cavabı yoxdur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.