Ən-Nisa surəsi - Ayə: 142

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 142
Həqiqətən münafiqlər Allaha qarşı hiyləgərlik edirlər, halbuki, Allah onları aldadır (onların hiylələrinin cəzasını özlərinə qaytarır). Onlar namaza durarkən (yerlərindən) süst qalxır, camaatla (ünsiyyətdə olarkən) riyakarlıq edir və Allahı çox az yada salırlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 142. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 142 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, münafiqlər Allaha qarşı məkr və hiylə edirlər. Halbuki Allah (əməllərinin cəzası olaraq) onlara qarşı məkr işlədir. Onlar namaza durduqda süstlüklə dururlar. Bu da özlərini xalqa göstərmək üçündür və Allahı çox az yad etdirlər.”
Nöqtələr
Münafiq dini hökmləri zahirdə yerinə yetirən kəsdir. Onun heç bir ilahi məqsədi yoxdur. Namaz qılır, amma riyakarlıq, süstlük və qəflətlə. O güman edir ki, bu yolla Allahı aldada bilər. Halbuki özünün aldadıldığını bilmir. Allah onun batinindən xəbərdardır və yalanının cəzasını verir.
İmam Riza (ə) buyurmuşdur: "Allah onların hiyləsinin cəzasını verdiyindən bu ilahi cəza da "hiylə” adlandırılmışdır.”("Təfsire-Nurus-Səqəleyn”. )
Həqiqi namaz aşiqanə, xalisanə və daimi olur. Peyğəmbər buyurmuşdur: "Namazı son vaxtında, süst halda qılanlar münafiq namazı qılırlar.”("Dürrül-Mənsur”, c. 2, s. 237. )
Quran möminlər haqqında danışarkən onların namazı bərpa etdiyini, münafiqlər haqqında danışarkən onların namaza durduğunu qeyd edir. Bərpa etməklə durmaq arasında fərq var.
Bildirişlər
1. Yalan, namazda süstlük, riyakarlıq, Allah zikrindən qəflət nifaq nişanələrindəndir.
2. Münafiqlər bilməlidirlər ki, Allaha qarşı çıxmışlar.
3. Allahın cəzası əməllərimizə mütənasibdir.
4. Münafiqlərin namazının nə ruhiyyəsi, nə niyyəti, nə də miqdarı var.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.