Ən-Nisa surəsi - Ayə: 119

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 119
«Və şübhəsiz onları azdıracaq və (uzun-uzadı) arzulara düçar edəcəyəm; onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat və bidət üzündən) deşsinlər (Maidə surəsi, 103-cü ayə); Allahın (ruh və cismdəki) xilqətini dəyişdirmələrini (fitri dini küfrə, yaxşı sifətləri rəzilətlərə, ibadətləri itaətsizliyə və təbii cismi başqa bir şəklə salmalarını) əmr edəcəyəm. Kim Allahın yerinə Şeytanı özünə başçı və yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 119. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 119 MÖHSÜN QƏRAƏTİ.

«Onları hökmən azdıraram. Hökmən arzularla başlarını qataram. Göstəriş verərəm ki, dördayaqlıların qulağını çərtsinlər (bilinsin ki, bu heyvan bütlərin payıdır). Onlara göstəriş verərəm ki, Allahın yaratdığını bir-birinə qatsınlar. (Allah buyurur:) Hər kəs Allahın əvəzinə şeytanı dost və rəhbər tutsa, şübhəsiz, ziyan etmişdir, aşkar bir ziyan!»
Nöqtələr
"Lə umənniyyənnəhum” təbiri puç arzuların təlqini mənasını bildirir.
Heyvanların qulağının yarılması cahiliyyət dövrünün xurafi işlərindən idi. Heyvan bu sayaq nişanlandıqdan sonra ona minmək, onu kəsmək və ondan istənilən cür istifadə etmək haram sayılardı.
Xalqın azdırılması ilə bağlı şeytanın bütün təkidləri bu iki ayədə bəyan olunmuşdur və iman sahiblərinə xəbərdarlıq edilir.
"Bəndələrindən müəyyən pay alacağam” cümləsi iki cür anlaşıla bilər:
a) Bəzi bəndələr azdırılar.
b) Hər bəndənin müəyyən anları şeytani olar.
Rəvayətdə oxuyuruq: "Allahın yaratdığını bir-birinə qatmaq” cümləsi dinin dəyişdirilməsinə də aiddir.("Təfsire-Bürhan”; "Təfsire-Əyyaşi. )
Bildirişlər
1. Şirk şeytanın toruna düşməkdir.
2. Şeytanın bütün bədbəxtçiliklərinin kökü onun lənətə gəlməsidir.
3. Şeytan insanın qədim düşmənidir. Diqqətli olun ki, onun toruna düşməyəsiniz.
4. Şeytan insanı azdırmaq üçün bacardıqca çalışır.
5. Şeytan hamını azdıra bilməz.
6. Şeytan Allahın xaliqliyini qəbul edir.
7. Vəsvəsə təhlükəsi ciddi və daimidir. Öz düşmənimizi tanıyaq. (Bütün fellərin əvvəlində gəlmiş "lam” ciddilik nişanəsidir)
8. Şeytan hərəni bir cür aldadır. Kimini dində bidətlə, kimininin yaranışını dəyişməklə.
9. Uzun-uzadı arzular şeytanın təlqinlərindəndir.
10. Şeytan əvvəlcə insanın düşüncə və ruhuna təsir göstərir. Sonra onu özünə təslim edir. (Əvvəlcə uzun-uzadı arzular, sonra əmr məsələsi bəyan olunur.)
11. İnsan fitrətən haqq yoldadır. "İzlal” sözü o yerdə işlədilir ki, insan əvvəlcə haqq yola gəlmiş olsun.
12. Şeytan xalqı Allahın haram buyurduqlarını halal etməyə çağırır.
13. Arzular şeytana itaət etmək üçün zəmindir.
14. Xurafat şeytani təlqinlərdəndir.
15. İslam heç bir heyvanın istifadəsiz qalmasına icazə vermir. Belə bir halda, insanların səmərəsiz qalmasından danışmağa belə dəyməz.
16. Məxluqu dəyişmək (məsələn, qadını kişiyə, kişini qadına çevirmək) haram və şeytani işdir.
17. Şeytana itaət əslində onun hakimiyyətini qəbul etməkdir.
18. İnsan üzərində hakimliyə yalnız Allah layiqdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.