"Yerləri cəhənnəmdə olanlar onlardır. Oradan qaçmağa yol tapmazlar.”
"Həys” sözündən olan "məhis” sözü daşınmaq, fikrini dəyişmək mənasını bildirir.
Günahların bağışlanması haqqında "Ali-İmran” surəsinin 135-ci ayəsi nazil olanda İblis fəryad qoparıb, yaxınlarını başına topladı və dedi: "İnsanın tövbəsi ilə bizim bütün zəhmətlərimiz hədər gedir.” Hərə bir söz dedi. Şeytanlardan biri dedi: "Əgər bir şəxs tövbə qərarına gəlsə, onu arzulara, vədələrə düçar edərəm ki, tövbəsi təxirə düşsün.” İblis bu sözdən razı qaldı.("Təfsire-Safi”. )
Həm Allah, həm də şeytan vədə vermişlər. Amma Allahın vədi doğru(Bax: "Həcc”, 47. ), şeytanın vədi isə yalandır.
Şeytani vədin əlaməti dar baxış və fəsada dəvətdir.(Bax: "Bəqərə”, 268.)
1. Arzulara bağlılıq şeytanın toruna düşməkdir.
2. Başqalarına, hətta uşaqlara yalan vəd verənlər şeytani iş görürlər.
3. Cəhənnəm bir qrup üçün əbədi məskəndir.
4. Cəza ilə qorxutma fəsadın qarşısını alma yollarındandır.
5. Dünya çətinliklərindən qaçmaq olar, axirət əzabından isə heç vaxt!
6. Axirətdən geri qayıtmaq mümkünsüzdür. Nə qədər ki, dünyadan getməmişik, pisliklərdən çəkinək.