Ən-Nisa surəsi - Ayə: 114

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 114
Onların gizli söhbətləri və (bir-birlərinin qulaqlarına) pıçıldadıqlarının çoxunda - sədəqəyə, ya xeyir bir işə və yaxud insanların arasını düzəltməyə əmr edən kəslər(in gizli söhbətləri) istisna olmaqla - bir xeyir yoxdur. Kim Allahın razılığını qazanmaq üçün belə etsə, tezliklə ona böyük bir mükafat verəcəyik.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 114. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 114 MÖHSÜN QƏRAƏTİ.

"Onların xəlvətdəki söhbətlərinin çoxunda bir xeyir yoxdur. Yalnız sədəqə verməyi, yaxşı iş görməyi, xalq arasında islah və dostluq yaratmağı əmr edənin söhbətindən başqa! Hər kəs Allahın razılığını qazanmaq üçün belə etsə, ona tezliklə böyük mükafatlar verəcəyik.”
Nöqtələr
İmam Sadiq (ə) buyurmuşdur: "Ayədə yaxşı iş dedikdə "qərzül-həsənə”, yəni gözəl borc nəzərdə tutulmuşdur.("Kafi”, c. 4, s. 34. . )
İmam Sadiq (ə) buyurmuşdur: "Hətta yalan vasitəsi ilə insanlar arasında xoş münasibətlər yaratmaq bəyənilmişdir.”("Kafi”, c. 2, s. 341. )
Bildirişlər
1. Pıçıldaşma - bir neçə hal istisna olmaqla - bəyənilməmişdir. Çünki bu hal möminlər arasında sui-zən yaradır.
2. Fikir bildirərkən insafla rəftar etmək lazımdır. Bütün pıçıltılara şübhə ilə yanaşmayaq.
3. Bəzən iki tərəf arasında dostluq yaratmaq üçün onların hər biri ilə ayrı-ayrılıqda məxfi görüşmək lazım gəlir.
4. Bəzən əmr be məruf və ya aşkar sədəqə qarşı tərəfin xəcalətinə və ya inadkarlığına səbəb olur. Belə hallarda pıçıltı ilə, gizli iş görmək lazımdır.
5. Xalqın heysiyyəti o qədər əhəmiyyətlidir ki, onun qorunması üçün xoşagəlməz pıçıltı da bəyənilməmişdir. Məxfi sədəqə və əmr be məruf pıçıldaşmanın çirkinliyini öz kölgəsində itirir.
6. İşlərin dəyəri bu işlərdəki ixlasdan asılıdır.
7. Bir işin gizli şəkildə görülməsi həmin işdə ixlas olması demək deyil. Bəzən bu özü də görüntü yaratmaq məqsədi daşıya bilər.
8. Cəmiyyətə xidmət, xeyirxahlığa dəvət, sülh şəraitində birgə yaşayış böyük mükafat qazanılması səbəbidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.