"(Mükafat və üstünlük) sizin və kitab əhlinin arzularından asılı deyil. Kim pislik etsə, cəzalandırılar və özü üçün Allahdan başqa hami və yardımçı tapmaz.”
Müsəlmanlar İslam peyğəmbərinin son peyğəmbər olması və özlərinin üstün ümmət olmaları ilə fəxr edirlər.(Bax: "Ale-İmran”, 110. ) Kitab əhli isə öz keçmişi ilə fəxr edib deyir: Qısa bir müddət odda olacağıq.(v)Bu ayə hər iki qrupun düşüncəsini nəzərdən keçirib meyar olaraq əməli önə çəkir.
Əvvəlki iki ayədə arzular şeytandan sayılır. Bu ayədə batil arzular rədd edilir.
"Yuczə bihi” təbiri ya dünya, ya axirət, ya da həm dünya və həm axirət cəzasına aiddir. Rəvayətlərdə möminin günahlarının cəzası kimi dünya və bərzəx çətinlikləri göstərilir.("Təfsire-Ətyəbul-bəyan”. )
Bəzi müsəlmanlar kitab əhli ilə mübahisələrdə peyğəmbərin onlara tərəfdar olmasını gözləyirdilər. Halbuki peyğəmbər üçün əsas məsələ ədalət idi.("Təfsire-Əl-Mizan”. )
Həzrət Peyğəmbər (s) "pislik edənə cəza verilər” buyruğundan qorxuya düşmüş şəxsə buyurdu: "Bədən xəstəlikləri, çətinliklər insanın əməllərinin cəza növüdür.”("Müstədrək”, c. 2, s. 60. )
1. Əsassız xəyal və arzulardan çəkinin. Onlar faydasızdır.
2. Hər bir dəstə və zümrədə tamahkar və imtiyaz gözləyən insanlar tapılır.
3. Danışıq və mühakimədə insafa riayət edin. Əgər tənqid edirsinizsə, hamının zəifliyini deyin.
4. Eybdən danışarkən özünüzdən başlayın. "Sizin arzularınız” təbiri "kitab əhlinin arzuları” təbirindən öndə gəlmişdir.
5. Yerli-yerində qətiyyət və puç imtiyaz istəklərinin qarşısında dayanmaq ən üstün tərbiyə metodlarındandır.
6. İslam gerçəkliyə əsaslanır. Fərdlərin xəyalı və istəkləri əsas deyil.
7. Allah adildir. O, əməl əsasında mükafat və cəza verir.
8. Vəhy məktəbində qanun qarşısında hamı bərabərdir. (Ad-sandan sui-istifadə qadağandır.)
9. Əsas məsələ şüar yox, əməldir.
10. Günahkar cəzalandırılarkən müdafiə, şəfaət qadağandır.