Ən-Nisa surəsi - Ayə: 116

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 116
Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı, tövbəsiz) bağışlamaz və ondan başqasını (ondan başqa və ya aşağı günahları) istədiyi şəxs üçün (bəzi şərtlərlə, hətta tövbəsiz belə,) bağışlayar. Allaha şərik qoşan kəs, həqiqətən uzun-uzadı bir azğınlığa düşmüşdür.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 116. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 116 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, Allah Ona şərik qoşulmasından (tövbəsiz) keçmir. Amma bundan aşağı və azını istədiyi kəsə bağışlayır. Allaha şərik qoşan hər kəs, şübhəsiz, azmışdır. Uzun-uzadı bir azğınlıq!”
Nöqtələr
Bu ayə azca fərqlə hazırkı surənin 48-ci ayəsində bəyan olunmuşdur. Bəli, hidayət və tərbiyədə təkrar zəruridir.
Dərin ruhi xəstəlik olan şirkin kökü kəsilməyincə saleh əməllərin və əxlaqın faydası yoxdur. Tövbə şirkin dərmanıdır. Müşrik ilahi əfv və rəhmətə çatmaq üçün şirk dairəsini tərk etməlidir.
Bu ayə Quranın ən ümidverici ayələrindəndir.("Təfsire-Ətyəbul-Bəyan”.  )
Bildirişlər
1. Allahın rəsulu ilə müxalifətçilik, müsəlmanların vəhdətinin pozulması (əvvəlki ayədə bu məsələyə işarə olundu) şirkin bir növüdür.
2. Şirk bağışlanmayan ən böyük günahdır.
3. İnsan Allahın bağışlamasına münasibətdə qorxu və ümid arasında olmalıdır.
4. Şirk hər növ kamaldan uzaqlıq səbəbidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.