"Özü Allaha təslim olmuş, xeyir iş sahibi olduğu halda İbrahim ayininə tabe olan kəsin dinindən kimin dini üstündür?! Allah İbrahimi özünə dost seçdi.”
Əvvəlki iki ayədə əməl əsas götürüldü. İslama və ya məsihiliyə aidiyyat yada salınmadı. Bu ayədə isə bütün din və əqidələrin eyni olduğunu anlatmaq üçün bəzi məsələlər bəyan olunur.
Bilməliyik ki, Allaha təslimçilik Onun qəzavü-qədərindən razılıqdan üstündür. Çünki razılıq məsələsində insan özünü bir şəxs bilir. Təslimçilikdə isə insan özünü Allah qarşısında fani sayır.("Təfsire-Ətyəbul-bəyan. )
Azğın yoldan haqq yola üz tutana "hənif” deyilir. Haqq yoldan batil yola keçən isə "cənif” adlanır.
"Xəlil” ya "xullət” kökündən olub "dostluq” mənasını, ya da "xəllət” kökündən olub ehtiyac mənasını bildirir. Birinci məna daha münasibdir.
Rəvayətlərə əsasən, həzrət İbrahim "xəlilullah” məqamını çoxlu səcdələrinə, miskinləri yedirtdiyinə, gecə namazına, dilənçini rədd etmədiyinə, qonaqpərvərliyinə görə əldə etmişdi.("Təfsire-Nurus-Səqəleyn”. )
İslam peyğəmbəri İbrahim ayinlərinə tabe olmuşdur.(Bax: "Nəhl”, 123. )
İbrahim "xəlilullah”, Məhəmməd (s) isə "həbibullah” adlandırılmışdır.(Dürrül-Mənsur”, c. 2, s. 230. )
İşlərini ilahi niyyətlə görənlər mənfəətdədir.(Bax: "Qəsəs”, 88. ) Bütün qeyri-ilahi işlər fanidir.
1. Ən üstün ayin İbrahimin dininə ardıcıllıqdır.
2. Allah qarşısında təslimçilik və xalqa ehsan ilahi dinlərin üsulundandır.
3. Əqidə məktəbi həm iman, həm də əməl bünövrəsi üzərində möhkəmlənir. Hər biri o biri olmayanda naqisdir.
4. Xalq üçün ən üstün nümunə Allahın Özü üçün seçdikləridir.
5. Batildən üz döndərən hər bir şəxs özünü xəlilullah məqamına hazırlamışdır.