"Hər kəs xata və ya günaha yol versə, sonra bunu gxünahsız bir şəxsin boynuna atsa, şübhəsiz ki, böhtan və aşkar günah yükünü çiyninə almışdır.”
"Xata” sözü büdrəmə mənasını bildirir. Bu həm bilərəkdən, həm də bilməyərəkdən ola bilər. "İsm” ("اثم”) isə bilərəkdən baş verən günahı ifadə edir.
Böhtan imanın, ədalətin, etimadın puç olmasına gətirən böyük günahlardandır. Böhtan axirət əzabı səbəbidir. İmam Sadiq (ə) buyurmuşdur: "Günahsıza böhtan əzəmətli dağlardan ağırdır.”("Səfinətul-bihar”, "boht” maddəsi; "Kafi”, c. 2, «Töhmət» babı. )
Böhtan elə bir yalana deyilir ki, bunu eşidən insan heyrətə gəlir.
İmam Sadiq (ə) buyurmuşdur: "Qeybət odur ki, din qardaşının Allah tərəfindən örtülmüş eybini açasan. Amma onda olmayan bir şeyi dilə gətirmək böhtandır.”("Vəsail”, c. 13, s. 286. )
1. Böhtan xalqın abır-həyasına atılmış oxdur.
2. İstənilən bir millətdən, istənilən bir dindən, istənilən bir yaşda, istənilən bir şəraitdə olan günahsız insana böhtan deyilməsi haramdır.
3. Böhtan atan şəxs çiyninə ağır bir günah yükü götürmüşdür. ("Buhtanən və ismən” sözlərindəki "tənvin” günahın böyüklüyünü göstərir.)