Əl-Maidə surəsi - Ayə: 61

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 61
Onlar sizin yanınıza gələndə «iman gətirdik» deyərlər, halbuki, şübhəsiz (sizin hüzurunuza) küfr əqidəsi ilə gəlib və (elə) həmin əqidə ilə də xaric olublar! Allah onların həmişə gizlətdiklərini daha yaxşı bilir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 61. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 61 MÖHSÜN QƏRAƏTİ.

"Əgər (münafiqlər və ya kitab əhlindən bəziləri) sizin yanınıza gəlsələr, deyərlər: "İman gətirdik.” Halbuki onlar sizin yanınıza küfrlə gəlir və həmin küfrlə gedirlər. Allah onların gizlətdiklərindən daha çox xəbərdardır.”
Bildirişlər
1. İnsanların "imanlıyam” deməsi sizi aldatmasın. Dildə imanın izharı onun qəlbdə olması deyildir.
2. Allah insanların daxilindən onların özlərindən də çox agahdır.
3. Münafiqcəsinə "imanlıyam” deyənlər bilsinlər ki, Allah onların qəlbindən xəbərdardır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.