Hud surəsi - Ayə: 44

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 44
Və (Allahın qəti iradəsi ilə kafirlər suda batıb boğulduqdan sonra) deyildi: «Ey yer, öz suyunu ud və ey göy, (yağışını) saxla»! Su (yerə) hopdu və iş (kafirlərin mütləq baş verməli olan məhvi) bitdi. Və gəmi «Cudi» (dağı) üzərində qərar tutdu və (Allah yaxud Onun mələkləri tərəfindən) deyildi: «Ölüm olsun zalımlara! (Haqqın rəhmətindən) uzaq olsun zalımlar!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 44. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 44 MÖHSÜN QƏRAƏTİ.

“(Su hər yeri bürüdükdən sonra) deyildi: “Ey torpaq! Suyunu ud. Ey
asiman! (Yağış yağdırmaqdan) dayan.” (Beləcə) su çəkildi, iş başa çatdı və
(gəmi) “Cudiyə” (dağa) yan aldı (oturdu.) Deyildi ki, zalım qövm rədd
olsun!”


Nöqtələr
◘Bu ayə Qur`anın Peyğəmbər (s) dövründən bu günədək natiq və ədibləri
heyrətə gətirmiş ən səlis və bəlağətli ayələrindəndir. Qur`anla mübarizə fikrinə
düşüb onun kimi bir kitab yazmaq istəyənlərin bir çoxu bu ayələrə çatdıqda
fikirlərindən daşınmışlar.
◘“Bələə” dedikdə udmaq, “əqlii” dedikdə geri çəkilmək, “ğiz” dedikdə cəzb
olmaq və suyun azalması başa düşülür.
◘“Cudi” dedikdə ya mütləq bir dağ, ya da bu adı daşıyan hansısa bir dağ
nəzərdə tutulur. Bu dağın harada yerləşməsi barədə müxtəlif fərziyyələr var.
Tədqiqatçıların bu dağla bağlı ehtimal etdiyi məntəqələri nəzərdən keçirək: İraqın
Mosul məntəqəsi, Şam ətrafı, Mosulla Əlcəzairin arası, Ərəbistan, Türkiyədə Ağrı
dağı silsiləsi.
◘Rəvayətlərdə bildirilir ki, Nuhun gəmisi altı ay suda qaldı. Məkkə və Hicaz
məntəqələrindən ötüb nəhayət Allahın əmri ilə çəkilib getdi. (“Təhzibuləhkamdakı” bir hədisə əsasən, su bu günkü Kufə məscidinin yerində soruldu.)
İmam Sadiq (ə) buyurmuşdur: “Nuhun gəmisi novruz günü dağa oturdu.”
Bildirişlər
1. Göyün və yerin şüuru var. Allah onlara xitab edir, onlar da itaət göstərirlər.
Göy və yer Allaha ikrah yox, rəğbətlə itaət göstərirlər.
2. Zalım həlak olduqdan sonra da lə`nətlənməlidir.

 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.