Hud surəsi - Ayə: 48

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 48
(Allah tərəfindən) deyildi: «Ey Nuh, sənə və səninlə birgə olan dəstələrə Bizim tərəfimizdən olan salamatlıq, salam və bərəkətlərlə aşağı en. Və (tarix boyu onların övladlarından) tezliklə (dünya nemətlərindən) bəhrələndirəcəyimiz ümmətlər gələcəkdir. Sonra isə onlara (azğınlıqlarına və küfrlərinə görə) Bizim tərəfimizdən ağrılı bir əzab yetişəcəkdir».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 48. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 48 MÖHSÜN QƏRAƏTİ.

“Nuha xitab olundu: “(İndi) sənə və səninlə olan bütün ümmətlərə
tərəfimizdən salamatlıq və bərəkətlə aşağı en. Tezliklə ümmətləri
 ne`mətlərdən bəhrələndirəcəyik. (Amma) sonra (küfr və günaha) görə
tərəfimizdən onlara dərdli əzab çatacaq.”


Nöqtələr
◘“Hubut”, yə`ni “en” göstərişi həm həzrət Adəmə, həm də həzrət Nuha
ünvanlanmışdır. Bunun ardınca xalq mö`min və kafir olmaqla iki dəstəyə bölünür.
◘Nuhla olan ümmətlər dedikdə, ya onun sonralar qəbilələr təşkil edən hər bir
yoldaşı, ya da bir qəbilədən olan və gəmiyə minən mö`minlər başa düşülür.
“Uməmun” dedikdə, həzrət Nuhun özü ilə götürdüyü heyvanlar nəzərdə tutula
bilər. Çünki Qur`anda canlılar “uməmun əmsaləkum” adlandırılmışdır.
 Yə`ni heyvanlar da insanlar kimi bir ümmətdir.


Bildirişlər
1.Əzəmətli seldən sonra yer üzündə həyat iki təhlükə ilə üzləşdi: Bunlardan biri
“səlam” sözü ilə torpağın aradan qaldırılan çirkabı, digəri bərəkət və`di ilə bərpa
edilən bitkilərin məhvi idi.
2. Əgər Allah bə`zən moizə və xəbərdarlıq edirsə, hətta atanın gözü qarşısında
övladı batırırsa, bə`zən də Öz salam və bərəkətini nazil edir.
3. Salamatlıq və bərəkət mö`minin əldə etdiyi ilahi ne`mətlərdəndir. Kafir isə
yalnız dünya matahı əldə edir. Demək hər matah ne`mət və bərəkət deyil. Ne`mət
odur ki, sonu xeyirlə başa çatsın.
4. Allah kafirlərə dünya malını əsirgəmir.
5. Öncə ne`mət və möhlət vermək, sonra mükafatlandırmaq və ya
cəzalandırmaq ilahi sünnə, qanundur.
6. Həm mehr, həm də qəhr Allahdandır.
7. Allah gəmiyə süvar olmuş mö`minlərdən kafir ümmətlərin yaranacağını
Nuha xəbər verdi.

 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.