Hud surəsi - Ayə: 38

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 38
Və o, gəmini düzəldirdi. Qövmünün böyükləri hər dəfə onun yanından keçəndə («quruda gəmi?! Peyğəmbərlikdən sonra xarratlıq?!» deyib) ona məsxərə edirdilər. Dedi: «Əgər siz bizə istehza edirsinizsə, şübhəsiz, biz də məsxərə etdiyiniz kimi sizə (ağaclara, divarlara və təpələrə pənah apardığınız vaxt) məsxərə edəcəyik.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 38. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 38 MÖHSÜN QƏRAƏTİ.

“Nuh (Allahın əmri ilə) gəmi düzəltməyə başladı. Qövmünün böyükləri
hər dəfə onun yanından ötərkən onu məsxərəyə qoyurdular. O dedi: “Əgər
siz bizi məsxərəyə qoyursunuzsa, biz, şübhəsiz, həmin cür sizi məsxərəyə
qoyacağıq.”


Nöqtələr
◘Düşmənlərin məsxərəsi bizi süstləşdirməsin. Peyğəmbərlər də məsxərəyə
qoyulmuşdur. Həzrət Nuh gəmi düzəltdiyi vaxt bir şəxs dedi: “Peyğəmbərlikdən
bir şey çıxmadı, dülgərliyə əl atdı.” Bir başqası dedi: “Quru yerdə gəmi
düzəldirsən, dənizi haradan gətirəcəksən?” İmam Sadiq (ə) buyurmuşdur: “Nuh öz
gəmisini 80 ilə düzəltdi.
 Gəmi Kufə məscidinin yerində düzəldildi. Onun uzunluğu 400, eni 40 metrə çatırdı.

Bildirişlər
1. Peyğəmbərlər Allahın əmrinə təslimdirlər.
2. Nuh gəmini camaatın yolu kənarında düzəldirdi.
3. Kafirlər, adətən, cəmiyyət içində, həm də özlərini güclü hiss etdikdə
məsxərəyə qoyurlar.
4. Düşmənin təbliğatı hərtərəfli, həmişəlik və əhatəlidir.
5. Bir işin hikmətindən xəbərimiz yoxdursa, o işi məsxərəyə qoymayaq.
6. Məntiq və dəlildən məhrum olan düşmən məsxərə və istehzaya əl atır.
7. Xalqın atmacaları və təzyiqlərindən süstləşib, gələcək nəsillər üçün hazırlıq
görməyi yaddan çıxarmayaq.
8. Nuhun ardıcılları ona gəmi düzəltməkdə kömək edirdilər.
9. Düşmənlər Nuha üz tutsa da, əslində Nuhun dinini məsxərəyə qoyurdular.
10. İstehza çirkin işdir. Amma məsxərə edənə cəza olaraq istehza etmək eynən
ədalətdir.
11. Düşmənin istehzaları bizi çaşdırmasın. Bu istehzalara cavab vermək
lazımdır.

Müəllif: MÖHSÜN QƏRAƏTİ.