Hud surəsi - Ayə: 37

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 37
«Və gəmini (onun hissələrini, həcmini, quruluşunu və zaman və məkanı) Bizim nəzarətimiz altında və Bizim vəhyimizlə (vəhyimizin göstərişləri ilə) düzəlt və zülm edənlər barəsində Mənimlə danışma (onların barəsində şəfaət və vasitəçilik etmə) ki, onlar mütləq suda boğulmalıdırlar.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 37. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 37 MÖHSÜN QƏRAƏTİ.

“(İndi) Bizim nəzərimiz altında, Bizim göstərişimizə və ilhamımıza əsasən 

gəmi düzəlt. Zülm edənlər haqqında bizimlə danışma. Onlar qərq 

olasıdırlar.” 

Bildirişlər 

1. Allah-təala Öz iradəsini təbii yolla gerçəkləşdirir. Daim qeybi işlər 

intizarında olmamalıyıq.  

2. Allahın övliyaları üçün işləmək ar deyil.  

3. Xalqın qurtuluşu üçün nəsihət bəs etmir. Qurtuluş vasitələri hazırlamaq 

zəruridir.  

4. Gəmiqayırmanın yetərincə uzun tarixi var.  

5. Allahın hüzuruna diqqət insanın qəlbini isidir, onu çətinliklər qarşısında 

dözümlü edir.  

6. Kəşf və ixtiralar ilahi ilhamdır.  

7. Peyğəmbərlərin şəfaəti zalımlar üçün səmərəsizdir.  

8. Peyğəmbərlərə qarşı inadkarlıq zülmdür.  

9. Peyğəmbərlərin dua və şəfaəti ilahi müqəddərata tə`sir göstərmir. 

10. Sitəmkarlar üçün dünyəvi əzaba düçar olma təhlükəsi var.  

11. Allah-təala əzab zamanı həqiqətən pak olan insanlara nicat verir.  

 

 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.