Hud surəsi - Ayə: 34

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 34
«Və əgər Allah sizi (azğınlığınıza görə) zəlalət çölündə (sərgərdan) buraxmaq istəsə, mən sizə xeyirxahlıq etmək istəsəm də xeyirxahlığım sizə əsla fayda verməyəcəkdir. O sizin Rəbbinizdir və Ona tərəf qaytarılacaqsınız.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 34. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 34 MÖHSÜN QƏRAƏTİ.

"Əgər Allah sizi azdırmaq istəsə, sizə xeyir vermək istəsəm də nəsihətlərimin faydası olmayacaq. O, sizin Rəbbinizdir və Ona doğru qayıdacaqsınız.”
Nöqtələr
"Nush” dedikdə islah məqsədi ilə, eyni zamanda ixlasla deyilmiş söz başa düşülür. "Ğəyy” isə puç etiqaddan doğan cəhalət mənasını bildirir. "İzlal” və "iğva” sözləri arasında fərq budur ki, birinci məqsədi tanısa da yolu itirmişdir, ikinci həm məqsəddən, həm də yoldan xəbərsizdir.
"İzlal” və "iğva” inadkarlıq səbəbindən nazil olan cəzadır. Əslində isə Allah kimsəni öncədən azdırmır. 
Bildirişlər
1. Peyğəmbərə təbliğ əmr olunub. Azğınları cəzalandırmaq isə Allahın əlindədir.
2. Allah heç bir işi görməyə məcbur deyildir.
3. Kafirlər nə əzabın qarşısını ala bilər, nə də özlərini xilas edə bilərlər.
4. Peyğəmbərlər xalqa can yandırırlar.
5. Allahın iradəsi bütün iradələrə qalibdir. (Hətta peyğəmbərin nəsihətlərinin təsiri də Onun istəyi ilə gerçəkləşir.)
6. İnadkarlıq zirvə həddinə çatdıqda belə, peyğəmbər təbliğ etməyə borcludur.
7. Təsir ehtimalı olmadıqda "əmr be məruf” və "nəhy əz münkər” (yaxşılığa əmr və pisliyə qadağa) vacib olmur.
8. Xalqın hidayəti və ya azğınlığı Allahın iradəsindən xaric deyil.
9. İnadkarlıqdan və əzab istəyindən sonra azğınların büdrədilməsi ilahi rübubiyyət zirvəsidir.
10. Peyğəmbər nəsihətlərinin qəbul olunmaması Allahın qəzəbindən doğan xüsusiyyətdir.
11. Dünyada cəzalandırılmasaq da, Qiyamətdə bizimlə hesab çəkiləsidir.
12. Allaha doğru qayıdış məcburidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.