Hud surəsi - Ayə: 32

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 32
Dedilər: «Ey Nuh, doğrudan da sən bizimlə mübahisə etdin və (özü də) çox mübahisə etdin. Buna görə də əgər doğruçulardansansa (ilahi əzabdan) vəd etdiyini bizə gətir.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 32. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 32 MÖHSÜN QƏRAƏTİ.

"(Müxaliflər) dedilər: "Ey Nuh, sən həqiqətən bizimlə çox höcətləşdin. (Artıq yetər.) Əgər doğru deyirsənsə, bizə vəd etdiyini qarşımıza çıxar.”
Nöqtələr
Mübahisə haqqa əsaslandıqda dəyərlidir.  Batilə əsaslanan mübahisə dəyərlərə ziddir. 
Bildirişlər
1. Peyğəmbərlər öz dəvətlərində möhkəm və ardıcıldırlar.
2. Düşmən haqqın məntiqini höccət adlandırır.
3. Allahın verdiyi möhləti haqlı olmağımızın nişanəsi saymayaq.
4. İnsan hətta əzabın nazil olmasına tələsir.
5. Kafirlər əzaba hazırlıqlarını bildirdikdən sonra həzrət Nuh onları lənətlədi.
6. Kafirlər məntiqə əsaslanmadıqlarından və məntiqi sözləri qəbul etmədiklərindən müzakirələri saxlamaq istəyirlər.
7. Nuh kafirlərə ardıcıl şəkildə əzab vəd edirdi.
8. Kafirlər ya peyğəmbərlərin sədaqətinə şəkk edir, ya da onların dediklərini şübhə altına alırdılar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.