Hud surəsi - Ayə: 29

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 29
«Və ey mənim qövmüm, mən bunun (risalətin) çatdırılması üçün sizdən bir mal istəmirəm, mənim muzdum yalnız Allahın öhdəsinədir. Və mən iman gətirənləri qovan deyiləm, çünki onlar (sabah) öz Rəbbləri ilə görüşəcəklər (və orada mənimlə düşmənçilik edərlər) və lakin sizi nadanlıq edən bir qövm görürəm.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 29. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 29 MÖHSÜN QƏRAƏTİ.

"(Nuh sözünə davam edib dedi:) "Ey mənim qövmüm! Sizdən dəvətim müqabilində əvəz istəmirəm. Mənim mükafatım yalnız Allaha aiddir. Mən iman gətirən kəsləri (sizin yersiz istəklərinizə görə) rədd etmərəm. Onlar öz Rəbbləri ilə görüşəcəklər. Amma mən sizi cahil bir qövm görürəm.”
Bildirişlər
1. Peyğəmbərlərin təmənnasızlığı onların haqlı olmalarının nişanələrindəndir.
2. Xalqdan təmənnasızlıq və dövlətlilərə etinasızlıq təbliğçinin müvəffəqiyyət rəmzidir. Əlbəttə ki, təbliğatçıların Allah yanında böyük mükafatları var.
3. Əgər peyğəmbərlərin dünyəvi məqsədləri olsaydı, onlar fəqirlərə yox, varlılara üz tutardılar.
4. Əyan-əşraf, varlılar vəd edirdilər ki, fəqirlər uzaqlaşdırılsa, onlar iman gətirərlər. Amma peyğəmbərlər müxaliflərin bu istəklərini qətiyyətlə rədd edirdilər.
5. Təbliğatda qazanc məqsədi olmayan insan üçün yoxsulla varlı arasında fərq yoxdur.
6. Təkəbbürlü başçıların istəklərinə əhəmiyyət verməyək.
7. Kafirlər möminləri əskik sayırdılar. Amma Peyğəmbər (s) onlara buyururdu: "Mən onları sizə dəyişmərəm.”
8. Haqq hökumət varlıların diqqətini cəlb etmək üçün məhrumları əldən buraxmamalıdır.
9. Allah yanında hörməti olanlar rədd edilməməlidirlər.
10. Qiyamətin yada salınması dünyəvi mövqeyə düzgün yön verir.
11. Fəqirliyinə görə möminləri təhqir etmək düşüncəsizlik nişanəsidir.
12. Quran möminləri əskik sayanları cahil və nadan kimi tanıtdırır.
13. Ariflərin dərəcələrindən biri ilahi fəzada görüş və hüzurdur. Varlılar belə bir məqamdan xəbərsizdirlər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.