"(Mənim dəvətim budur ki,) Allahdan qeyrisinə pərəstiş etməyin. Həqiqətən, mən ağrılı günün sizə əzabından qorxuram.”
Həzrət Nuh ilk "ülul-əzm”, yəni böyük peyğəmbərdir. O, şirk və bütpərəstliyə qarşı qiyam qaldırdı. Kafirlər qərq olduqdan sonra qalan bəşər nəsli həzrət Nuhdandır. Bu səbəbdən də Nuhu ikinci Adəm və ya ikinci ata adlandırırlar. Həzrət Nuh bütün peyğəmbərlərdən çox yaşadığı üçün ona "şeyxül-ənbiya” adı verilmişdir.
Ola bilsin ki, həzrət Nuh elə bu dünyada qövmünün ilahi qəzəbə gələcəyindən qorxurdu. Bu həqiqət növbəti ayələrdə təsdiqlənir.
1. Peyğəmbərlər ilk növbədə öz qövmlərinə təbliğ edirlər.
2. Peyğəmbərlərin xəbərdarlığı xalqın xeyrinədir.
3. Qafil insanın hər şeydən öncə xəbərdarlığa ehtiyacı var.
4. Göstəriş və təbliğ aydın və dəqiq olmalıdır.
5. Peyğəmbərlər həm xəbərdarlıq edir, həm də xalqa xeyirli yolu göstərirlər.
6. Peyğəmbərlərin məqsəd və vəzifələri tövhid məsələsinin bəyanıdır.
7. Şirkin tarixi həzrət Nuhun zamanına gedib çıxır.
8. Bütün insanlarda pərəstiş və ibadət cövhəri var. Peyğəmbərlər isə sadəcə bu yolu müəyyənləşdirir.
9. Peyğəmbərlər xalqın xeyirxahıdırlar və ona can yandırırlar.
10. Təbliğatçı və tərbiyəçinin vəzifəsi qarşı tərəfi şirkin pis aqibətindən xəbərdar etməkdir.