Hud surəsi - Ayə: 24

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 24
Bu iki dəstənin (kafirlərlə möminlərin) məsəli korla kar və görənlə eşidən kimidir. Məgər bu ikisi sifət və hal baxımından birdirlər? Məgər ibrət götürmürsünüz?!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 24. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 24 MÖHSÜN QƏRAƏTİ.

"İki dəstə (kafirlər və möminlər) eynən "kor, kar” və "görən və eşidən” kimidir. Bu iki dəstənin məsəli eyni olarmı? Bəs nə üçün öyüd götürmürsünüz?”
Nöqtələr
Bədəndə göz və qulaq olduğu kimi, qəlb və ruhda da göz və qulaq var. Kor və karlar dünyada olanları dərk edə bilmədiyi kimi, inadkar insanlar da ilahi maarifi dərk etmirlər.
Bildirişlər
1. Yalnız maddi varlıqları görüb mənəvi dəyərlərdən xəbərsiz qalan insan kordur.
2. Öz təbliğimizdə məntiqi suallarla fərdlərin vicdanını mühakiməyə çağıraq.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.