Hud surəsi - Ayə: 22

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 22
Şübhəsiz, axirətdə hamıdan çox ziyana uğrayan (da) onlardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 22. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 22 MÖHSÜN QƏRAƏTİ.

"Onlar, şübhəsiz, qiyamətdə fərdlərin ən ziyankarıdırlar.”

     

    Nöqtələr
    İslamda dünya bazara, xalq tacirə oxşadılır. İnsanın canı, var-dövləti, əməli bu bazarın malıdır. Bu malların alıcısı Allah, şeytan, nəfs istəkləri və başqaları ola bilər. Kimi onu ucuz, kimi də baha qiymətə alır. Quranda fayda "əcr”, "savab”, "zef”, "əzaf” sözləri, zərər isə "xusr”, "xusranun mubin”, "əxsərin” sözləri ilə bəyan olunur.
    Bilməli olduğumuz ən mühüm şey odur ki, istənilən bir zərər-ziyanı aradan qaldırmaq olar. Yalnız ötüb keçmiş ömrü geri qaytarmaq mümkünsüzdür.
    Bəzən insanın var-dövləti, məskəni, bəzən isə özü puça çıxır. Ən böyük zərər insanın öz insanlığını əldən verməsidir.
    Bildirişlər
    1. Batil və nahaq sözlər zahiri cilvəyə malik olsalar da, tamamilə puç olub gedəsidirlər.
    2. Ən böyük zərər var-dövlətin yox, ömrün hədərə getməsidir.
    3. Dünya zərərlərini aradan qaldırmaq olur. Qiyamətdəki zərərlər üçün isə heç bir çarə yoxdur.
    Müəllif: MÖHSÜN QƏRAƏTİ.