Əl-Ənam ‏ surəsi - Ayə: 33

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 33
Şübhəsiz, Biz onların dediklərinin (səni sehrbaz, şair və dəli adlandırmalarının) səni kədərləndirməsini bilirik. Əlbəttə onlar səni təkzib etmirlər, lakin zalımlar Allahın ayə və nişanələrini inkar edirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 33. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 33 MÖHSÜN QƏRAƏTİ.

"Əlbəttə, Biz deyilənlərin səni qəmləndirdiyini bilirik. (Amma qüssə yemə və bil ki,) onlar (əslində) səni yox, Allahın ayələrini inkar edirlər.”
Nöqtələr
Ayənin nazilolma şəni haqqında deyilir: Peyğəmbərin düşmənləri də onu əmanətdar və sədaqətli sayırdılar. Amma deyirdilər: "Əgər onun dediklərini təsdiq etsək, qəbiləmiz və mövqelərimiz alçaldılmış olar.” Bəzən isə belə deyirdilər: "O, sədaqətlidir, amma düşünür ki, ona vəhy gəlib.” Belə bir gümanla onlar ilahi ayələri təkzib edirdilər.
İmam Sadiq (ə) "səni təkzib etmirlər” təbiri haqqında buyurmuşdur: "Yəni onlar sənin dediklərini və müddəalarını batil edə bilməzlər.” 
Bildirişlər
1. Müxaliflərin təkzibi rəhbəri pərişan etməməlidir. Bu səbəbdən də Allah Öz peyğəmbərinə təsəlli verib, onu himayə edir.
2. Allah insanın daxili ruhiyyəsinə agahdır.
3. Peyğəmbərin təkzib olunması Allahın təkzib olunmasıdır. Eləcə də, peyğəmbərə beyət Allahla beyətdir.
4. Başqalarının daha böyük çətinliklərini, təkzib olunmaqlarını nəzərə alaraq öz çətinliyimizi asan sayaq.
5. Peyğəmbərlərin müxalifləri hansısa bir şəxslə yox, əqidə məktəbi ilə müxalifdirlər.
6. İlahi ayələrin təkzibi insanın həm özünə, həm peyğəmbərə, həm əqidə məktəbinə, həm də gələcək nəsillərə zülmdür.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.