Əl-Ənam ‏ surəsi - Ayə: 28

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 28
(Onlar dünyaya qaytarılmaq arzusunda səmimi deyildirlər,) əksinə, qabaqcadan gizlətdikləri şey onlara aşkar olub. Əgər (dünyaya) qaytarılsalar, mütləq (yenə də) çəkindirildikləri şeyə qayıdarlar. Şübhəsiz, onlar yalançıdırlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 28. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 28 MÖHSÜN QƏRAƏTİ.

"(Belə deyil,) əksinə, əvvəllər gizlədikləri (həmin gün) onlar üçün aşkar olub. Əgər onlar (öz arzularına əsasən) dünyaya qaytarılsalar, şübhəsiz, yenə də qadağan olunanlara qayıdarlar. Onlar həqiqətən yalançıdırlar.”
Nöqtələr
Qiyamət günü xalqın gizli sirlərinin aşkar olduğu gündür. Quran bu həqiqətə dəfələrlə işarə etmişdir. 
Bildirişlər
1. Qiyamətdə insanların bütün sirləri və gizli işləri açılar.
2. Axirətdən dünyaya qayıtmaq mahaldır (mümkünsüzdür).
3. Bəzilərinin islah olacağına heç bir ümid yoxdur. Onlara fürsət verildikdə yenə də əvvəlki halda qalırlar.
(Bəli, insan dünyada hər dəfə çətinliklərlə qarşılaşdıqda peşman olur, amma rahatlığa çıxan kimi verdiyi sözləri unudur.)
4. Yalançılıq insanda xasiyyətə çevrildikdə, o, qiyamətdə də yalan danışır. 23-cü ayədə bu məsələyə işarə olundu.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.