Əl-Ənam ‏ surəsi - Ayə: 39

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 39
Bizim ayə və nişanələrimizi təkzib edənlər (cəhl və küfr) zülmətlər(in)də olan karlar və lallardır. Allah istədiyini (hidayət olunması üçün kifayət edəcək qədər dəlil və nişanələr təqdim olunduqdan sonra) azğınlıqda boşlayar və istədiyini (dəvəti qəbul etdikdən sonra) doğru yola qoyar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 39. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 39 MÖHSÜN QƏRAƏTİ.

«Bizim ayələrimizi təkzib edənlər qaranlıqlardakı kar və lal kəslərdir. Allah istədiyini (layiq olduqda) azdırar, istədiyi kəsi (layiq bilsə) doğru yolda qərar verər.»
Nöqtələr
Hidayət və zəlalət Allahın əlində olsa da, Allah insana ixtiyar vermiş və Öz işini hikmət əsasında qurmuşdur. Məsələn, insanın Allah yolunda cihadı onun İlahi hidayəti üçün zəminədir.  Eləcə də, insanın ətrafdakılara zülm etməsi onun azğınlığına səbəb olur.  İlahi ayələrin təkzibi isə Allah tərəfindən azdırılma ilə nəticələnir.
Bildirişlər
1. Küfr və inad insanı tanıma vasitələrindən məhrum edən zülmətdir.
2. Haqqın təkzibi və onun gizlədilməsi lallıq, haqqı eşitməmək isə karlıqdır.
3. İlahi ayələrin təkzibinin nəticəsi zəlalət və ilahi qəhrdir.
4. Doğru yolda hərəkət üçün eşidən qulağa, haqq danışan dilə və daxili nura ehtiyac vardır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.