"Bax ki, öz əleyhlərinə necə yalan dedilər? (Düzəltdikləri bütlər və şəriklər məhv oldu.) Yalan və iftira olaraq Allaha aid etdikləri əllərindən çıxdı.”
İmam Sadiq (ə) buyurmuşdur: "Ləm təkun fitnətuhum” təbirindəki "fitnə” müşriklərin üzrxahlığına işarədir.”
«Zəlləş-şəy» bir şeyin məhv olmasını bildirir.
Yalançılar dünyada qazandıqları xasiyyətlərin tələbi ilə qiyamətdə də yalan deyirlər.
Həzrət Əli (ə) bu ayə ilə bağlı buyurur: "Bu yalandan sonra onların dodaqlarına möhür vurular və digər əzaları haqqı təkrarlayar.”
İmam Sadiq (ə) buyurmuşdur: "Allah qiyamət günü kimsənin ağlına gəlməyəcək şəkildə bağışlayar. Hətta müşriklər də deyər: "Biz müşrik olmamışıq.” (Bununla bağışlama diləyərlər.)
1. Qiyamət o qədər qətidir ki, sanki indi də vardır. Peyğəmbər (s) bu dünyada da bəsirət gözü ilə qiyamət səhnələrinə şahid ola bilər.
2. Qeyri-ilahi istinadgahlar məhv olacaqdır.
3. İlahi məhkəmədə insanın yalanları və andları səmərəsizdir.
4. Qeyri-ilahi istinadgahlara bir bu qədər israr boş xəyaldan başqa bir şey deyildir.