Əl-Bəqərə surəsi - Ayə: 198

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 198
(Həcc əsnasında) Rəbbinizdən mərhəmət və ruzi diləməyinizdə sizə heç bir günah yoxdur. Ərəfatdan (Məş’ərə tərəf) axışarkən Məş’ərül-Həram (dağın)ın yanında (Müzdəlifə çölündə) Allahı yada salın. Sizi hidayət etməsinin şükrü olaraq Onu yada salın və əslində siz bundan əvvəl azğınlardan idiniz.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 198. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 198 MÖHSÜN QƏRAƏTİ.

"(Həcc zamanı) Allahın fəzli (kəsb və ticarət) ardınca getməkdə sizin üçün günah yoxdur. Elə ki, Ərafatdan köç etdiniz, Məşərül-Həramda Allahı yad edin. Bundan qabaq azdığınız halda sizi hidayət etdiyindən Onu zikr edin.”
Nöqtələr
Ərəfat Məkkənin iyirmi kilometrliyində yerləşən yerin adıdır. Zilhiccə ayının doqquzunda günortadan günbatanadək həmin yerdə qalmaq Allah evinin ziyarətçiləri üçün vacibdir. Əgər gün batmamış oradan çıxsalar, bir dəvə cərimə verməlidirlər. "Ərəfat” sözü mərifət sözündəndir və "tanıma yeri” mənasını verir. Həmin yerdə Adəm və Həvva bir-birlərini tanımış və günahlarını etiraf etmişlər. İmam Sadiq (ə) və imam Baqirin (ə) buyurduğuna görə, Cəbrail bu yerdə həzrət İbrahimə demişdir: "Vəzifələrini tanı və dərk et.("Vəsail”, c. 8, s. 9.)
Hədisdə oxuyuruq: Həzrət Mehdi (ə) hər il Ərəfatda olur. Ərəfat torpağı övliyaların ah və göz yaşlarına şahiddir. Rəvayətdə nəql olunur: Ərəfədə qürub vaxtı Allah ziyarətçilərin bütün günahlarını bağışlayar. İmam Hüseyn (ə) və imam Səccad (ə) tərəfindən Ərəfə gününün duaları nəql olunmuşdur. (Ətraflı məlumat almaq üçün müəllifin "Həcc” kitabına müraciət edin.)
İslamın kompleks din olması nişanələrindən biri də həcc ibadəti əməlləri ilə yanaşı, maddi ehtiyaclara da diqqət yetirilməsidir. Necə ki, "Cümə” surəsində cümə namazında iştirak göstərişi ilə yanaşı belə buyurulur: "Namaz başa çatdıqdan sonra maaş ardınca gedin.”("Təfsiri-"Məcməul-bəyan”, c. 2, s. 529; "Nurus-səqəleyn”, c. 1, s. 198. )
Bəli, həcc ibadətlə yanaşı həm də iqtisadiyyatdır.
İmam Sadiq (ə) buyurmuşdur: "Həccin əsərlərindən biri dünyanın müxtəlif nöqtələrindən gəlmiş müsəlmanlardan cəmiyyət təşkil olunması və müxtəlif təcrübələrin mübadiləsidir. Həcc ticari və iqtisadi müamilələr yeridir.”("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 199. )
Bildirişlər
1. Birtərəfliklə mübarizə Quran proqramlarındandır. Bir qrup insan elə düşünürdü ki, din birtərəfli, həcc də quru bir ibadətdir. İslam belə bir münasibəti rədd edir.
2. Halal qazanc ilahi fəzldir. Quran kəsb əvəzində fəzl sözünü işlədir: Halal qazanc ilahi fəzldir.
3. Təlaş və tələb sizdən olsa da, ruzi Allahın fəzlidir.
4. Ruzi vermək Allahın rübubiyyət şənindəndir.
5. Ruzi verməkdə Allahın əli açıqdır. "Fəzl” sözü "nəkərə” formasında işlədilmişdir.
6. Bütün ibadətlər göstərişlər əsasında yerinə yetirilməlidir.
7. Bir tərəfdən ilahi yardımlara, digər tərəfdən keçmişdə baş vermiş günahlara diqqət insanın ilahi lütfə eşq və əlaqəsini artırır.
8. Öz keçmişinizi unutmayın. Sizi hidayət edən Odur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.