Yunus surəsi - Ayə: 68

Məkkəvi Quran-ı Kərim
Yunus surəsi - Ayə: 68
(Müşriklər) dedilər: «Allah (özünə) övlad götürmüşdür». O pakdır. O ehtiyacsızdır. Göylərdə və yerdə olanlar Ona məxsusdur. Sizin əlinizdə bu iddia(nı isbat etmək) üçün heç bir dəlil yoxdur. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Yunus surəsi 68. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 68 MÖHSÜN QƏRAƏTİ.

"(Müşriklər) dedilər: "Allah övlad götürmüşdür.” O, pakdır, ehtiyacsızdır. Göylərdə və yerdə olan Onundur. Bu sözə sizin heç bir dəliliniz yoxdur. Bilmədiyiniz şeyi Allahamı aid edirsiniz?”
Nöqtələr
"İttəxəzəllahu vələdən” cümləsi "bir kəsi övladlığa götürdü” mənasını bildirir. Bu məna anadan olmaq, övladı olma mənalarından fərqlidir. Müşriklər mələkləri Allahın qızları hesab edirdilər. Yəhudilər Üzeyiri, məsihilər İsanı Allaha oğul sayırdılar.
Quranda bildirilir ki, vəzir Əziz öz zövcəsi Züleyxaya dedi: "Yusifi övladlığa götürək.”  Fironun arvadı Asiya ona dedi: "Musanı övladlığa götürək.” 
Bildirişlər
1. Allahın övlad götürməsinə heç bir səbəb yoxdur. O nə tənhalıqdan qorxur, nə varisə ehtiyaclıdır, nə köməkçiyə ehtiyac duyur, nə də nəsil davamı üçün övlada möhtacdır.
2. Dini əqidələr dəlilə əsaslanmalıdır.
3. Elmi əsası olmayan, dəlilsiz sözün dəyəri yoxdur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.