"Küfr edənlər deyirlər: «Sən Allahın rəsulu deyilsən.» De ki, Allahım və kitab elmi olan kəsin şahidliyi mənimlə sizin aranızda kafidir.”
Nöqtələr
Bu surənin ilk ayəsində oxuduq ki, xalqın əksəri iman gətirməsə də, Peyğəmbərə (s) nazil olan haqdır. Bu son ayədə də oxuyuruq ki, kafirlər Peyğəmbərin (s) risalətini (peyğəmbərliyini) inkar edirlər. Bu münasibəti doğuran batil əhlinin son həddə çatmış inadkarlığıdır.
Əgər həzrət Süleymanın kitab elmindən bir hissəsinə sahib olan köməkçisi bir göz qırpımından tez Səba mələkəsinin taxtını gətirə bilirsə, kitab elminə tamamilə sahib olan kəs hansı qüdrətdə olar!
Rəvayətlərə əsasən "kitab elminə sahib olan kəs” dedikdə həzrət Əli (ə) və peyğəmbər Əhli-beyti (ə) nəzərdə tutulmuşdur.
Bildirişlər
1. Allahın himayəsinə inam təkzib və təhqirlər qarşısında ən yaxşı dayaqdır.
2. İlahi kitabdan xəbərdarlıq insanın məqamını o qədər ucaldır ki, onun şahidliyi Allahın şahidliyi ilə yanaşı qeyd olunur.
3. Bəzən bir şəxsin şəhadəti minlərlə insanın inkarından üstün olur. (Əsas kəmiyyət yox, keyfiyyətdir).