"Allah yolunda döyüş ki, səndən başqası (bu işə) vəzifəli deyil. Möminləri (cihada) rəğbətləndir. Bəlkə Allah kafirlərin zərərinin qarşısını alsın. Allah çox qüdrətlidir və cəzası çox dərdlidir.”
Kafirlər Ühüddə qalib gəldikdən sonra Əbu-Süfyan qürurla dedi: "Müsəlmanlarla kiçik Bədr mövsümündə (Bədrdə zil-qədə ayında keçirilən bazar) növbəti dəfə üzbəüz gələcəyik.” Vəd olunmuş vaxt çatdıqda peyğəmbər xalqı cihada dəvət etdi. Bir dəstə Ühüddə məğlubiyyət səbəbindən cihada getmək istəmədi. Yuxarıdakı ayə nazil oldu. Peyğəmbər xalqı növbəti dəfə cihada çağırdı. Yetmiş nəfər hazırlığını bildirsə də, döyüş baş vermədi və müsəlmanlar sağ-salamat Mədinəyə qayıtdılar.
"Nükul” qorxu səbəbindən imtina mənasını bildirir. "Tənkil” isə qarşı tərəfi fikrindən döndərmək mənasını ifadə edir. Cəza, hədd "tənkilə” misal ola bilər.
İmam Sadiq (ə) buyurmuşdur ki, tənha qaldığı halda heç bir peyğəmbərə cihad əmri verilməmişdir. ("Təfsire Safi”)
İmam Baqir (ə) buyurmuşdur: "Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) bütün döyüşlərə şəxsən özü komandanlıq edirdi.”("Təfsire-Bürhan”, c. 1, s. 398; "Təfsire-Əyyaşi”, c. 1, s. 261. )
1. Rəhbər başqalarının önündə getməlidir.
2. Əgər müsəlmanlar müstəzəflərin nalələrinə biganə qalsalar, rəhbər təkbaşına hərəkət etməlidir.
3. Rəhbər o qədər qəti olmalıdır ki, cihad zamanı yanında kimsənin olub-olmaması təsirsiz olsun.
4. Hər kəs öz işinə məsuldur.
5. Xalqa yox, Allaha bağlanmaq lazımdır.
6. Peyğəmbərlərin vəzifəsi məcbur etmək yox, təşviq və dəvətdir.
7. Cəbhə və cihadın güclü təbliğata ehtiyacı var.
8. Bizim vəzifəmiz qiyam və cihaddır. Düşmənin məğlubiyyəti Allahın işidir.
9. İlahi qüdrət bütün güclərin fövqündədir; bu qüdrət möminlər üçün ümid, müxaliflər üçün hədə-qorxudur.