اعْتَزَلُوكُمْ فَلَمْ يُقَاتِلُوكُمْ وَأَلْقَوْاْ إِلَيْكُمُ السَّلَمَ فَمَا جَعَلَ اللّهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلاً
"O kəslər istisnadır ki, peyman bağladığınız qövmə sığınmışlar, ya o kəslər ki, sizinlə və ya öz qövmləri ilə döyüşdə təngə gəlmiş halda yanınıza gəlirlər. (Onların heç bir tərəflə döyüş halı yoxdur və bu hal Allahın lütfüdür.) Çünki Allah istəsəydi, onları sizin üstünüzə qaldırar, onlar da sizinlə döyüşərdilər. Demək, əgər onlar kənara çəkilib sizinlə döyüşmədilərsə, sülh və saziş təklif etdilərsə, Allah onlarla döyüş üçün sizə heç bir yol qoymadı.”
1. Hətta kafirlərlə hərbi müqavilələrə ehtiram göstərmək lazımdır.
2. Döyüşlərdə bitərəflik göstərənlərə hücum etməyin.
3. Müsəlmanlar elə qüdrətli olmalıdırlar ki, müxaliflər hücum fikrinə düşməsinlər.
4. Allahın qüdrətinə diqqətli olun ki, qürrələnməyəsiniz.
5. Allahın istək və iradəsi ilə münafiqlər və kafirlər sizinlə döyüşdən çəkindilər.
6. İslamın cihadı hakimlik və əqidənin zorla qəbul etdirilməsi üçün deyil. İslam şər və maneələri aradan götürmək istəyir. Əgər düşmən sizdən əl götürdüsə, siz ona hücum etməyin. Əgər hücum etsəniz, mümkündür ki, onlar Allahın verdiyi qüvvə ilə sizi məğlub edələr.
7. Qarşı tərəfin sülh istəklərinə və atəşkəs təklifinə ehtiramla yanaşın. Çünki İslamda döyüş yox, sülh əsas məqsəddir. Döyüş yalnız zəruri hallarda caiz sayılır.
8. Düşmənin sülh təklif etməsi kifayət deyil. Əminlik üçün düşmən döyüşü tərk etməli, sülh mövqeyi tutmalıdır.
9. Döyüş və sülh meyarları Allah tərəfindən təyin olunmalıdır.