Ən-Nisa surəsi - Ayə: 91

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 91
Tezliklə (həm) sizdən amanda və (həm də) öz qövmlərindən xatircəm olmaq istəyən digər bir dəstə ilə qarşılaşacaqsınız. Onlar hər dəfə küfrə və müsəlmanlarla döyüşə çağrılanda, ona tərəf qayıdırlar. Beləliklə, əgər onlar sizdən uzaqlaşmasalar, sülh təklifi irəli sürməsələr və sizdən əl çəkməsələr onda, onları harada tapsanız tutun və öldürün. Sizə üzərlərində açıq-aşkar hökmranlıq bəxş etdiyimiz kəslər onlardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 91. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 91 MÖHSÜN QƏRAƏTİ.

"Tezliklə başqa bir dəstə ilə rastlaşacaqsınız ki, sizdən (müsəlmanlıqlarını bildirməklə) və öz qövmlərindən (küfr etməklə) amanda qalmaq istəyərlər. Onlar hər dəfə fitnəyə (bütpərəstliyə) tərəf qayıdar, ona qərq olarlar. Əgər sizinlə döyüşdən çəkinməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkməsələr onları harada görsəniz tutun və öldürün. Onlar o kəslərdir ki, Biz onların üzərində sizə qüdrət və aşkar qabiliyyət müəyyənləşdirmişik.”

 

Nöqtələr
Məkkəlilərdən bir dəstəsi öz canlarını hifz etmək üçün peyğəmbərin yanına gəlib münafiqcəsinə İslamı qəbul etdiklərini bildirirdilər. Onlar Məkkəyə qayıtdıqları vaxt bütpərəstliyə üz tutur və bu yolla kafirlərin işkəncələrindən yaxa qurtarırdılar. Onlar bu yolla hər iki tərəfin mənafelərindən bəhrələnir və hər iki tərəfin təhlükəsindən amanda qalırdılar. Əlbəttə ki, onların küfrə meylləri daha çox idi.
Bildirişlər
1. Allah müsəlmanları düşmənlərin gələcək planlarından agah edir.
2. Müsəlmanlar müxtəlif növ düşmənlərini tanıyıb onların hər biri ilə münasib şəkildə rəftar etməlidirlər.
3. Deyilən hər sözə inanmayın.
4. Münafiqlərin məqsədi rifah və asudə yaşayışdır.
5. Fərqli mühit və şəraitlərdə insanların iç xasiyyətləri üzə çıxır.
6. Münafiqlərin ruhu küfrə meyllidir. Şərait olan kimi onlar küfrə batırlar.
7. İslam quruluşuna qarşı çıxan münafiqlərlə sərt rəftar olunmalıdır.
8. Münafiqləri tanımaq üçün agahlığa, dəqiq məlumatlara ehtiyac var. Ayədəki "səqiftumuhum” sözü "səqafə” sözündən olub elm və mədəniyyət mənasını daşıyır.
9. Müsəlmanlar bütün sahələrdə kafirlərə hakim olmalıdırlar.
10. İslam hökuməti fitnəkar münafiqlərin məhvində və cəmiyyətin paklanmasında ixtiyar sahibidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.