Ən-Nisa surəsi - Ayə: 85

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 85
Kim (hər hansı bir xeyir işdə Allah və ya məxluq yanında) gözəl vasitəçilik etsə, həmin işdən ona pay (dünyada və axirətdə savab) çatacaqdır. Həmçinin kim pis vasitəçilik (hər hansı bir nahaq işdə və ya ləyaqətsiz bir şəxsin xeyrinə vasitəçilik) etsə, ona da həmin işdən (işin günah və əzabından) pay düşəcəkdir. Allah həmişə hər şeyə qadir və hər şeyi qoruyandır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 85. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 85 MÖHSÜN QƏRAƏTİ.

"Hər kəs yaxşı işə havadar olsa, mükafatdan pay alacaq. Hər kəs pis işə havadar olsa, cəzadan pay götürəcək. Allah hər şeyə nəzarətçidir.”
Nöqtələr
"Muqit” dedikdə digərinə güc verən, onun canını qoruyan, bir sözlə, hifz edən, hesab aparan kəs nəzərdə tutulur.
Ötən ayədə hər kəsin öz işinə məsul olduğu bildirildi. Bu ayədə isə yaxşı və pis işə dəvət və havadarlığın təsirləri bəyan olunur.
Moizə, dostluğa çağırış, tədris, cəbhəyə təşviq, yaxşı işə yardım yaxşıya havadarlığın nümunələridir. Hədisdə başqaları haqqında dua, əmr be məruf, hətta yaxşı işə işarə yaxşıya havadarlığın nümunəsi kimi göstərilmişdir. ("Təfsire-Safi”) Qeybət, söz gəzdirmək, iş pozmaq, böhtan, fitnə, cəbhədən çəkindirmək, vəsvəsə və fitnə pisliyə havadarlıq nümunələridir.
Bildirişlər
1. Fərdiyyətçilik və guşənişinlik İslamda qadağandır.
2. Yaxşı və pisə dəvət mükafat və cəzaya şərik olmaqdır.
3. Məhdudiyyətlər səbəbindən hər işə birbaşa müdaxilə etmək olmur. Amma xeyir havadarlıqla ondan bəhrələnmək olar.
4. Dəllala haqq ödənməlidir. Xeyriyyə və ya ticarət işlərində vasitəçilik edənlərin haqqı var.
5. Havadarlıqda Allahı nəzərdən qaçırmaq olmaz.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.