Ən-Nisa surəsi - Ayə: 81

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 81
Onlar (sənin yanında) «itaət edənlərik» deyirlər. Sənin yanından çıxanda(n sonra isə) onların bir dəstəsi öz gecə yığıncaqlarında, başlarında sənin dediyindən başqasını və özlərinin sənin yanında dediklərindən başqa şey dolandırırlar. Allah onların gecələr başlarında dolandırdıqlarını yazır. Odur ki, onlardan üz döndər və Allaha təvəkkül et. Allahın işləri öhdəsinə götürməsi kifayətdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 81. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 81 MÖHSÜN QƏRAƏTİ.

"(Münafiqlər gündüz, sənin hüzurunda) deyirlər: "Mütiyik!” Elə ki, sənin yanından çıxırlar, onlardan bir dəstəsi gecə yığıncaqlarında sənin dediklərinin ziddinə iş görürlər. Amma Allah bu yığıncaqlarda baş verənləri yazır. Onlardan üz döndər və Allaha təvəkkül et. Allahın arxa durması kafidir.”
Bildirişlər
1. Vəfadarlıq və imandan danışan hər yağlı dilə aldanmayın. Çünki münafiqlər şirin dillə özlərini müti göstərmək istəyirlər.
2. Münafiqlərin məxfi gecə yığıncaqları və təşkilatları vardır.
3. Düşmənlər diqqətdən kənarda qalmış, qaranlıq nöqtələrdən faydalanırlar. Düşmənin hiylələrindən qəflətdə qalmayın.
4. Quran hamını eyni şəkildə məzəmmət etmir.
5. Allah münafiqlərin hiylə və qurğularının hesabına çatasıdır.
6. Münafiqlərin məxfi qurğuları müqabilində yalnız Allaha təvəkkül edilməlidir. Təvəkkül müvəffəqiyyət səbəbidir.
7. Allah müsəlmanların və peyğəmbərin himayədarıdır. Allah münafiqlərin qurğuları üzərindən pərdəni qaldırır, qeybi yardımlarla müsəlmanlara kömək edir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.