Ən-Nisa surəsi - Ayə: 45

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 45
Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Kifayətdir ki, Allah sizin dost və başçınız olsun və kifayətdir ki, Allah sizin yardımçınız olsun!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 45. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 45 MÖHSÜN QƏRAƏTİ.

"Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Allahın sizin haminiz olması yetər. Allahın sizə yardımçı olması kifayətdir.”
Bildirişlər
1. Biz düşməni düzgün tanımaya da bilərik. Amma Allah bizim həqiqi düşmənlərimizi çox yaxşı tanıyır.
2. Vilayət və möminlərə yardım əsasında ilahi vədlər olan yerdə qurğu və düşmənçiliklərdən qorxmaq olmaz.
3. Vilayət və hakimiyyət qüdrət və yardımla müşayiət olunmalıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.