Ən-Nisa surəsi - Ayə: 44

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 44
Məgər kitabdan (səmavi kitab olan Tövrat və ya İncil elmindən) bir pay verilmiş kəsləri görmədin ki, (həmin kitablardakı mətləbləri gizlətmək və təhrif etməklə öz qövmləri üçün) azğınlığı necə alır və sizin də haqq yoldan azmağınızı istəyirlər?!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 44. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 44 MÖHSÜN QƏRAƏTİ.

"Məgər Allahın Kitabından bəhrə verilmiş kəsləri görmədinmi?! Hidayət əldə etmək əvəzinə azğınlığı satın alırlar və sizin də yoldan azmağınızı istəyirlər.”
Bildirişlər
1. Hidayət üçün təkcə səmavi kitaba bələdçilik kifayət deyil.
2. Kitab əhli alimlərinin ilahi təlimlərdən xəbərdarlığı nöqsanlıdır. Həmin nöqsan onların azğınlığına səbəb olmuşdur.
3. Azğın alimlər öz elm və məqamlarından sui-istifadə edib başqalarını da azdırmağa çalışırlar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.