Ən-Nisa surəsi - Ayə: 134

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 134
Kim dünya mükafatını istəsə (bilsin ki), dünya və axirət mükafatı Allahın yanındadır (və Allah insanın niyyətinə görə ona verər). Allah həmişə eşidən və görəndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 134. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 134 MÖHSÜN QƏRAƏTİ.

"Hər kəs dünya mükafatı istəsə, (bilsin ki,) dünya və axirət mükafatı Allahın yanındadır. Allah daim eşidən və görəndir.”
Nöqtələr
İnsan Allahdan həm dünya, həm də axirəti, eləcə də, onlarda olan nemətləri istəyə bildiyi halda, təkcə dünya ilə kifayətlənərsə, dərin yanlışlığa uğramış olar.
Küfr və təqvasızlığa meyl səbəblərindən biri dünyanı əldə etmək ümididir. Ayədə bu ümidin gerçəkliyi rədd edilmişdir.
Bildirişlər
1. İnsanda faydalanmaq istəyi var. Quran insanın bu meylindən onun tərbiyəsində istifadə edir.
2. İslam kompleks bir dindir və insanların dünya və axirət səadətini təmin etmək əzmindədir.
3. Həm dünya, həm də axirət Allahın əlindədir. Gəlin diqqətimizi artıraq və maddiyyatdan, dar baxışdan vaz keçək.
4. Dünyanı da Allahdan istəyək. Hər şey Onun əlindədir.
5. Allahdan həm dünya, həm də axirət istəyən möminlər udmuşlar.(Bax: "Bəqərə”, 205. )
6. İlahi mükafat Allahın bizim əməllərimizdən xəbərdarlığına əsaslanır.
7. Gerçəkdə mömin və müxlis olmaq lazımdır, zahirdə yox! Çünki Allah eşidən və biləndir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.