Ən-Nisa surəsi - Ayə: 131

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 131
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. Həqiqətən Biz sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərə, eləcə də sizə tövsiyə etdik ki, Allahdan qorxun və (hamıya xəbərdarlıq etdik ki,) əgər küfr etsəniz (Ona heç bir ziyan vurmazsınız, çünki) göylərdə və yerdə olanlar Allaha məxsusdur. Allah həmişə ehtiyacsız və (sifət və işlərində) təriflənəndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 131. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 131 MÖHSÜN QƏRAƏTİ.

"Göylərdə və yerdə olan Allahındır. Həqiqətən, sizdən qabaq səmavi kitab verilənlərə və sizə də ilahi təqvanı sifariş etdik. Əgər kafir olsanız, göylərdə və yerdə olan Allahındır. Allah daim ehtiyacsızdır və sitayiş olunmuşdur.”
Müəllif: MÖHSÜN QƏRAƏTİ.