Ən-Nisa surəsi - Ayə: 132

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 132
Həm göylərdə və həm də yerdə nə varsa (onların hamısı) Allahın həqiqi mülküdür. (Varlıq aləminin işlərini) qaydaya salmaq üçün Allah bəs edər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 132. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 132 MÖHSÜN QƏRAƏTİ.

"Göylərdə və yerdə olan Allah üçündür. Allahın vəkilliyi kifayət edər.”
Nöqtələr
Əvvəlki ayədə Allah vəd etdi ki, ərlə arvad bir-birlərindən ayrılacaqları halda hər ikisi Allahın geniş rəhmətindən ehtiyacsız ediləcək.
Bu ayələrdə hər şeyin Allaha məxsus olması ilə anladılır ki, kimsə Allahın boşanmış qadınlara kifayət etməyəcəyini düşünməsin. Kimsə təsəvvür etməsin ki, insanın təqvasının Allaha faydası var və ya Allah insanı qorumağa məcburdur. Çünki göylərdə və yerdə olan Allahındır və Allah istədiyi vaxt sizi aparıb yerinə başqalarını gətirər.
Həzrət Əli (ə) insanın Allahla rabitəsi haqqında buyurur: "Nə günah edənlərin günahı Ona zərər vurar, nə də ibadət edənlərin ibadəti Ona fayda verər.”("Nəhcül-bəlağə”, xütbə 193. )
Bildirişlər
1. Allahın qadirliyi və mülkiyyət sahibi olması Onun Öz vədlərini yerinə yetirəcəyinə zamindir.
2. Təqva tövsiyəsi bütün peyğəmbərlərin tövsiyəsidir. Bütün dinlərdə bu tövsiyənin təkrarı mühüm tərbiyə üsullarındandır.
3. İlahi göstərişlərin bütün dinlərdə olması onlara əməl edilməsini asanlaşdırır.
4. Göylərin və yerin sahibi olan Allahdan qorxmaq lazımdır, başqalarından yox!
5. Təqvasızlıq küfrə zəmin yaradır.
6. Allah mütləq varlıdır. Göylərə və yerə malik olan Allahın bizim ibadət və imanımıza ehtiyacı yoxdur.
7. Kafirlik insanı Allahın qüdrət dairəsindən çıxarmır.
8. Allah mütləq ehtiyacsız olduğundan sitayiş edilməlidir.
9. Allahın varlığı daimidir.
10. İnsanların iman və təqvasına Allahın ehtiyacı yoxdur.
11. Göylərin və yerin maliki olan varlığa təvəkkül edin.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.