"(Qəlbən bağlılıqda) arvadlarınız arasında ədalətli rəftar edə bilməzsiniz. Nə qədər çalışsanız da, bu mümkün deyil. Beləsə, öz meylinizi daim bir tərəfə yönəltməyin ki, o biri tərəfi asılı vəziyyətdə (nə ərli kimi və nə boşanmış kimi boşanmış) qoyasınız. Əgər sülh, barışıq və təqva yolunu tutsanız, şübhəsiz, Allah daim bağışlayan və mehribandır.”
Səmavi qanunlar insan fitrətinə zidd deyil. İnsan gənc həyat yoldaşına yaşlı həyat yoldaşından daha çox meyl göstərir. Bu səbəbdən də onlarla qəlb bağlılığı yox, rəftarda ədalətli olmaq tapşırılır. Əgər qəlb bağlılığında ədaləti gözləmək mümkünsüzdürsə, əməldə ədalət gözlənilməlidir.("Təfsire-Nurus-Səqəleyn”, c. 1, s. 558; "Kafi”, c. 5, s. 362. ) İslamda insanın gücündən yuxarı vəzifə yoxdur. İnsan öz məhəbbətini bərabər paylamaqda acizdir. Amma rəftarda ədaləti gözləmək zəruridir.
Rəvayətdə deyilir: Peyğəmbər hətta xəstə və ölüm astanasında ikən hansı zövcəsinin evində yatmaqda ədaləti gözləyirdi. Həzrət Əli (ə) bir zövcəyə aid olan gündə hətta o biri zövcənin evində dəstəmaz almazdı.("Təfsire-Nümunə”; "Təfsire-Tibyan”. )
1. Qadını (havada) asılı kimi (nə ərsiz və nə də ərli kimi) qoymaq haramdır.
2. Sülh və təqva ilə həm keçmişdəki zəifliklər bağışlanır, həm də bugünkü qəflətlər əfv olunur.