Əl-Maidə surəsi - Ayə: 40

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 40
Məgər göylərin və yerin həqiqi səltənət və mülkiyyətinin Allaha məxsus olmasını bilmirsən?! (Çünki yaratmaq, qorumaq, işlərin nizama salınması və yox etmək, bunların hamısı Onun iradə və istəyinin təsiri altındadır.) İstədiyinə (ədalət və hikmətə uyğun olaraq) əzab verər və istədiyini (rəhmət əsasında) bağışlayar. Allah hər şeyə qadirdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 40. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 40 MÖHSÜN QƏRAƏTİ.

"Yoxsa bilmirdin ki, göylərin və yerin hakimiyyəti yalnız Allahındır? O, istədiyini (hikmət əsasında) cəzalandırır, istədiyini bağışlayır. Allah hər şeyə qadirdir. (Günahkara əzab verir, tövbəkarı bağışlayır.)”
Bildirişlər
1. Varlıq aləminə hakim olan kəsin bu qanunları nizamlamaq haqqı var.
2. Günahkarlar bilsinlər ki, qaçmağa yol yoxdur və Allaha doğru dönəsidirlər.
3. Bəndələrin tövbəsinə Allahın ehtiyacı yoxdur. Çünki bütün varlıq aləmi Onundur.
4. İnsan ümid və qorxu arası bir halda olmalıdır.
5. Bağışlama və əzab hər ikisi ilahi qüdrət nümunəsidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.