Hud surəsi - Ayə: 103

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 103
Şübhəsiz, bunda (bu hekayət və əhvalatlarda) axirət əzabından qorxan kəs üçün (Allahın qüdrət və əzəmətinə dair) bir nişanə vardır. O, bütün insanların toplanılacağı bir gündür. O, elə bir gündür ki, (bütün cinlər, şeytanlar və heyvanlar mələklərin nəzarəti ilə) onda çağırılacaqlar və oranın bütün hadisələri orada olanların gözü qarşısında olacaqdır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 103. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 103 MÖHSÜN QƏRAƏTİ.

“Əlbəttə ki, bunda (xəbərdarlıqlarda) axirət əzabından qorxan kəs üçün
nişanə (ibrət) var. O gün ki, xalq bir yerə toplanar, o gün ki, (hamı onu)
müşahidə edər və hamı üçün aşkar olar (bütün əməlləri və ruhiyyəsi ortaya
qoyular).”



Bildirişlər
1. Hər hansı əhvalat hansısa məqsədlə bəyan olunmalıdır.
2 Yalnız axirətə inananlar həqiqi Qur`an əhvalatlarından ibrət götürürlər.
3. Qiyamət qorxusu (hətta ehtimala əsaslansa da) ibrət səbəbidir.
4. Qiyamətdə xalqın toplanması və iştirakı ixtiyar üzündən yox, məcburidir.
5. Qiyamət günü şahidlik günüdür. Hər bir kəs və hər bir şey bir başqasının
xeyrinə və ya zərərinə şəhadət verər. Həmin gün pərdələr qaldırılar.

 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.