Hud surəsi - Ayə: 102

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 102
Sənin Rəbbin millət və cəmiyyətləri zalım olan zaman belə yaxalayır və cəzalandırır. Şübhəsiz Onun yaxalaması və cəzası ağrılı və çətindir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 102. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 102 MÖHSÜN QƏRAƏTİ.

“Rəbbinin cəzası belədir–zülmkar şəhərləri və abadlıqları (Öz qəhri ilə)
yaxalayır. Həqiqətən, Onun cəzası ağrılı və şiddətlidir.”


Bildirişlər
1. Allahın qəhr-qəzəbi və lütfü möhkəm və əbədi qanunlara əsaslanır. İlahi
cəza müdafiə məqsədli və təsadüfi deyil.
2. Zülmkar ümmətlər Allahın qəhr-qəzəbinə düçar olur.
3. Yerində hədələmə ən tə`sirli tərbiyə vasitələrindəndir.
4. Allahın qəhr-qəzəbi onun rübubiyyət şə`nindəndir.
5. Bədbəxtlik və ilahi qəzəb amili insanın özüdür.
6. Allahın qəzəbi o zaman nazil olur ki, zülm məntəqənin simasına çökür.
7. Allahın qəhr-qəzəbini sadə və əhəmiyyətsiz saymayaq.

 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.