Əl-Bəqərə surəsi - Ayə: 78

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 78
Onların bəziləri kitabdan (Tövratdan, bir ovuc) boş xəyal və puç arzulardan başqa bir şey bilməyən savadsızlardır və onlar (kitabın hökmləri barəsində) yalnız zənn və gümana malikdirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 78. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 78 MÖHSÜN QƏRAƏTİ.

"Onlardan (yəhudilərdən) bəziləri Allah kitabını yalnız öz xəyal və arzularından ibarət bilən, dərs oxumamış fərdlərdir. Onlar yalnız öz gümanlarına bağlıdırlar.”
Nöqtələr
İslam peyğəmbərinin nişanələrindən xəbərdar olan, amma haqqı gizləyən keçmiş elimli yəhudilərin əksinə olaraq, avam camaat səmavi kitabdan xəbərsiz idi və arzu-xəyal içində yaşayırdı. Onlar düşünürdülər ki, yəhudilər üstün irqdirlər, həm də Allahın övladları və əzizləridirlər. Onlar heç vəchlə cəhənnəmə gedə bilməz, olsa-olsa bir neçə gün cəzalandırıla bilərlər. (Növbəti ayələrdə uyğun arzular haqqında danışılmışdır.("Ənfal”, 75. )
Bildirişlər
1. İnsan öz cəmiyyətini tanımalı, xalqa hakim kəsilən düşüncə və əqidə ilə tanış olmalıdır.
2. Kitab və müəllim olduğu halda savadsız qalmaq nöqsandır. Haqq kitaba çatmaq üçün hamı çalışmalıdır və tənqid hədəfinə çevrilməməlidir.
3. Savadsızlıq və qəflət puç arzu-xəyallara rəvac verir.
4. İnsanın istək və intizarı xəyala yox, elmə əsaslanmalıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.