Əl-Bəqərə surəsi - Ayə: 66

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 66
Beləliklə, Biz o cəzanı (həmin dövrdə) olanlar və sonrakı nəsillər üçün ibrətamiz bir cəza və təqvalılar üçün öyüd-nəsihət etdik.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 66. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 66 MÖHSÜN QƏRAƏTİ.

"Biz bu cəzanı onların müasirləri və sonrakı nəsillər üçün ibrət və pəhrizkarlar üçün öyüd qərar verdik.”
Nöqtələr
"Nəkal” elə bir əzabdır ki, onun təsiri davamlı və aşkardır. Başqaları bu əzabı görüb ibrət götürməlidir. İmam Sadiq (ə) buyurmuşdur: "Ayədə müasirlər dedikdə, bəla nazil olan dövrün adamları nəzərdə tutulur. Sonra gələnlər dedikdə isə növbəti ümmətlər, eləcə də biz müsəlmanlar nəzərdə tutuluruq.”
Bildirişlər
1. Məğlubiyyətlər və qələbələr gələcək insanlar üçün dərs olmalıdır.
2. İbrət götürmək və nəsihət qəbul etmək təqva ruhiyyəsinin ehtiyacıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.