"(Yadınıza salın) o zaman ki, Musa öz qövmü üçün su istədi, ona dedik: "Öz əsanı daşa vur.” Qəfildən ondan on iki çeşmə yarıldı və qaynadı. Fərdlərdən hər biri su içəcəyi yeri tanıdı. (Dedik) İlahi ruzidən yeyin-için və yer üzündə təkəbbürlə fəsad göstərməyin.”
On iki rəqəmində bir rəmz vardır. Ayların, Bəni-İsrail başçılarının, həzrət İsanın həvarilərinin və məsum imamların sayı on ikidir.
Ayədə "mufsidin” sözü ilə yanaşı "la təsəv” kəlməsi də işlənmişdir. İkinci söz qatı fəsadı bildirir. Bu sözlərin yanaşı işlənməsində məqsəd fəsad ruhiyyəsinin qadağan edilməsi ola bilər. Çünki bilməyərəkdən baş vermiş büdrəmə bağışlana bilər.
1. Peyğəmbərlər həm də maddi ehtiyaclarını təmin etmək fikrində olmuşlar.
2. Hər şeyi, hətta içməli suyu da Allahdan istəyin.
3. Təbiət qanunları Allahın iradəsinə tabedir.
Allah həm səbəb sala bilir, həm də səbəbi aradan götürə bilir. Bir əsa və bir insan əli ilə bir dəfəyə su çıxarır və onu axıdır.
4. Peyğəmbərlərin duası qəbul olur.
5. Əsanın daşa vurulması ilə su çıxması bir möcüzədir. On iki qəbilə üçün on iki bulağın çıxması başqa bir möcüzədir.
6. Nizamlı və ədalətli bölgü əmniyyət və səfa əsasıdır. Belə bir bölgü ixtilafların qarşısını alır.
7. İlahi nemətlərdən bəhrələnmə fəsad zəminəsi yaratmamalıdır.
8. Fəsadın qarşısını almaq üçün Allahın insana məhəbbət və lütfündən danışın.