Ali-İmran surəsi - Ayə: 48

Məkkəvi Quran-ı Kərim
Ali-İmran surəsi - Ayə: 48
Və ona (bütün peyğəmbərlərin səmavi) kitab(larını), şəriət hökmləri və əqli elmləri, həmçinin Tövrat və İncili öyrədəcək.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ali-İmran surəsi 48. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 48 MÖHSÜN QƏRAƏTİ.

"Allah ona Kitab, hikmət, Tövrat və İncili öyrətdi.”
Nöqtələr
Şiə və sünni təfsirlərində oxuyuruq ki, «Kitab təlimi» dedikdə yazı qaydalarının öyrədilməsi nəzərdə tutulur. «Hikmət» dedikdə mövcudların istər dünya, istər axirətə aid təsirləri, xeyir və zərəri, hərəkətlər, əxlaq və əqidə başa düşülür.
Bildirişlər
1. İlahi rəhbərliyin üsul və şərtlərindən biri zəruri agahlıqlara malik olmaqdır. Bu agahlıq elmə, hikmətə və səmavi kitablara əsaslanan agahlıqdır.
2. Hər dövrün rəhbəri keçmişin hadisə və qanunlarından da xəbərdar olmalıdır. Allah İsaya Musanın Tövratını öyrətdi.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.