Əsas məzmuna keç

Ali-İmran surəsi - 43-cü Ayə

Surə 3
Ayə 43

Azərbaycan dilində tərcümə

«Ey Məryəm, öz Rəbbinə təvazökarlıq et (namaz qıl və bütün əməlləri yalnız Ona görə yerinə yetir), səcdə et və ruku edənlərlə birgə ruku et (namaz qılanlarla birgə namaz qıl).
Tam Surə

Ali-İmran surəsi 43-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 43

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey Məryəm! (Bütün bu nemətlərin şükrü üçün) rəbbinə müti ol, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get.”
Nöqtələr
Əvvəlki ayədə Allah-təala Məryəmə verilmiş üç kamalı yad edir: İlahi seçim, İlahi paklama, başqalarından öndə olmaq. Eləcə də, həzrət Məryəmin üç məsuliyyəti bəyan olunur: qünut, səcdə, rüku. Demək, hər bir nemətin öz məsuliyyəti var.
Bildirişlər
1. Seçilmiş və üstün fərdlərin təvazö və ibadətləri çox olmalıdır. (Allahın övliyalarına xüsusi ibadətlər tapşırılmışdır. Necə ki, həzrət Peyğəmbər (s) üçün gecə namazı vacib olmuşdu.)
2. Namaz, rüku və səcdə ən üstün şükür yoludur. Əvvəlki ayədə Allahın şükrə layiq seçiminə işarə olundu.
3. İbadət yalnız Allah üçün olmalıdır.
4. İbadət insanın tərbiyə mayasıdır.
5. Cəmiyyət namazı və kollektiv ibadətlər İslamdan qabaq da olmuşdur.
6. Qadınlara kişilərin də iştirak etdiyi ibadi və ictimai toplantılarda olmaq tapşırılmışdır. Bu şərtlə ki, Məryəm kimi rəftar etsinlər.
7. Seçilmişlər xalqın və cəmiyyətin içində olmalıdırlar. Onlar tənhalığa çəkilib guşənişin ola bilməzlər.